Yuxarı

Rövnəq Abdullayev cəbhə bölgəsində olub - FOTO - VİDEO

SOCAR prezidenti Füzulidə iki qəsəbəyə mavi yanacaq verilməsi mərasimində iştirak edib

Bakı. 25 aprel. REPORT.AZ/ Füzuli rayonunun yaşayış məntəqələrinin təbii qazla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində bu gün rayonun Qayıdış-10 və Qayıdış-11qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib.

“Report” xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev sakinləri qəsəbələrinə təbii qazın verilməsi münasibətilə təbrik edib, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən tədbirdən danışıb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Mərasimdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda gedən sosial-iqtisadi inkişaf, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, 205 abonenti olan Qayıdış-10 qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 767 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qayıdış-11 qəsəbəsində birpilləli sistem əsasında 6 min 544 metr müxtəlif diametrli qaz xətləri çəkilib, 202 mənzil sayğac və fərdi tənzimləyici ilə təmin olunub.

Rayonun Qayıdış-4, 5, 6, 7, 8, 9 qəsəbələrində küçə xətləri çəkilib, hazırda sayğaclaşdırma işləri aparılır. Araz Dilağarda və Araz Zərgər kəndlərində isə qaz xətlərinin çəkilişi davam etdirilir. Bu ilin sonunadək rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi