​SOCAR prezidenti "ExxonMobil"in rəhbəri ilə görüşüb

​SOCAR prezidenti "ExxonMobil"in rəhbəri ilə görüşüb Görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Energetika
17 İyun , 2016 12:51
​SOCAR prezidenti ExxonMobilin rəhbəri ilə görüşüb

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və "ExxonMobil Corporation"in icraçı direktoru (CEO) Reks Tillerson (Rex Tillerson) arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüş dünən işə başlayan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüş zamanı enerji sahəsində əməkdaşlıq, həmçinin "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AÇG layihəsində "ExxonMobil" 8% paya malikdir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 18-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi