Yuxarı
    Bağlamaq

    SOCAR prezidenti: "Ali məktəbdə texniki savad almış insanlar sadə sualların cavabını bilmirlər"

    Qobustan Regional Təlim Mərkəzində 172 şəxs imtahandan kəsilib

    Bakı. 11 fevral. REPORT.AZ/ "Həyatımda gördüyüm ən böyük problem ali təhsilli şəxsin fəhlə işləməsidir". "Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüşdə bildirib.

    "İnsanlar fəhlə işinə qəbul üçün imtahan verə bilmirlər. Qobustan Regional Təlim Mərkəzində 172 şəxs imtahandan kəsilib. Ali məktəbdə texniki savad almış insanlar fəhləlikdə sadə sualları bilmirlər. Mühəndis təhsili almış şəxslər sadə sualların cavabını bilmirsə, ondan nə mühəndis olacaq?! Mən həmişə mübarizə aparmışam. Təhsil, təqaüd proqramları da bunlar üçün yaradılıb. 2006-cı ildə təqaüd proqramlarına, sonra xaricdə təhsil proqramlarına başladıq. Sonra gördük ki, bu proqramlarla böyük kadr qəbul edə bilmirik. Buna görə də Bakı Ali Neft Məktəbini yaratdıq ki, ingilisdilli mütəxəssis işə qəbul edək. İngilisdilli mütəxəsiss o vaxt az tapılırdı. Xarici dil bilən geoloq, elektrik yox idi. Hazırda Təhsil Nazirliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində az, lakin keyfiyyətli mütəxəssis olması üçün çalışırıq", - deyə SOCAR prezidenti əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi