SOCAR prezidenti: "2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi şərəfli bir hadisədir”

SOCAR prezidenti: "2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi şərəfli bir hadisədir” Bakı. 8 noyabr. REPORT.AZ/ “İki milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsi, yaddaşlarda uzun müddət yaşayacaq şərəfli bir hadisədir”.
Energetika
8 Noyabr , 2017 17:37
SOCAR prezidenti: 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi şərəfli bir hadisədir”

Bakı. 8 noyabr. REPORT.AZ/ “İki milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsi, yaddaşlarda uzun müddət yaşayacaq şərəfli bir hadisədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Azərbaycanda 2 mlrd. ton neft hasilatı münasibətilə keçirilən mərasimdə bildirib: “Bu gün Vətənimizin qədim neft tarixinə yeni və şanlı bir səhifə yazılır".

O bildirib ki, Azərbaycanın neft-qaz sənayesinin böyük inkişaf dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır. R.Abdullayev qeyd eidb ki, Ulu Öndərin siyasi qətiyyətinin və uzaqgörənliyinin bariz təzahürü olan “Əsrin müqaviləsi” çərçivəsində 1997-ci ildən başlayaraq, 20 il ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarından 460 mln. ton neft hasil edilib.

“Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun daha da təkmilləşdirilmiş enerji strategiyasının uğurlu nəticələrini Azərbaycan vətəndaşları olaraq hər birimiz həyatımızda əyani şəkildə görürük. Vətənimiz qısa müddətdə böyük inkişaf yolu keçib: ölkənin siması tamamilə dəyişərək müasirləşib, iqtisadiyyat şaxələndirilib, sənaye, xüsusilə qeyri-neft sektoru inkişaf edir, xalqımızın maddi rifah halı davamlı olaraq yaxşılaşır, neft gəlirləri insan kapitalına çevrilir.

Azərbaycanda hasil olunmuş neftin 2 mlrd. ton həddinə çatdırılması xalqımızın rəşadətli əməyini təcəssüm etdirir. Biz eyni zamanda bu uğura babalarımızın, atalarımızın, müəllimlərimizin, minlərlə neftçinin, inşaatçının, nəqliyyatçının və başqa şərəfli əmək adamlarının gərgin səyləri nəticəsində gəlib çatmışıq. Onların əmək rəşadəti yeni nəsillər üçün örnəkdir. İndi neft mədənlərində, kəşfiyyat dəstələrində, qazma buruqlarında, emal və kimya zavodlarında, tikinti meydançalarında öz ata-babalarını əvəz edən istedadlı gənclərimiz onların işini uğurla davam etdirirlər”.

R.Abdullayev bildirib ki, neft hasilatında əldə olunan nailiyyətlər SOCAR-ın inkişafı üçün böyük imkanlar yaradıb: “Sizin tapşırığınız və dəstəyinizlə son illər müasir tipli, rəqabətqabiliyyətli bir şirkətə çevrilmək yolunda inamla addımlayırıq. Ölkə daxilində və xaricdə bir sıra iri investisiya layihələri həyata keçiririk. Gürcüstanda, İsveçrədə, Türkiyədə, Rumıniyada, Ukraynada və bir çox başqa ölkələrdə əldə etdiyimiz aktivlər beynəlxalq enerji sektorunda şirkətimizin mövqeyini gücləndirməkdədir. Müstəqil dövlətimizin və onun müdrik rəhbərinin dəstəyi ilə qarşımızda açılan yeni üfüqlərə doğru durmadan irəliləmək, yerin təkindən çıxarılan milli sərvətə əlavə dəyər qatmaq, treydinq, emal və qaz-kimya texnologiyalarını təkmilləşdirmək hesabına əlavə qazanc əldə etmək qarşımızda duran növbəti əsas vəzifələrdəndir”.

SOCAR prezidenti vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə olacaq SOCAR Polimer, SOCAR Karbamid layihələri, Türkiyədə STAR neft emalı zavodunun inşası məhz bu məqsədlərə xidmət edir: "Artıq gələn ildən etibarən bu zavodlar istismara veriləcək və gücümüzə güc qatacaq". SOCAR prezidenti əlavə edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun, “Azərikimya”nın, "Petkim"in modernləşdirilməsi layihələri də eyni strategiyanın tərkib hissəsidir: "Bu müəssisələr bir-birinin məhsullarından xammal kimi istifadə etməklə yeni istehsal sahələrinin yaradılmasına təkan verəcək".

Son xəbərlər

Orphus sistemi