“SOCAR Polymer” ixracdan qazancını 25 %-dək artırıb

“SOCAR Polymer” ixracdan qazancını 25 %-dək artırıb Bu ilin yanvar-oktyabr aylarında “SOCAR Polymer” MMC 86,9 mln ABŞ dolları dəyərində məhsul ixrac edib
Energetika
2 Dekabr , 2020 12:27
“SOCAR Polymer” ixracdan qazancını 25 %-dək artırıb

Bu ilin yanvar-oktyabr aylarında “SOCAR Polymer” MMC 86,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon ABŞ dolları və yaxud 24,5 % çoxdur.

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi