Yuxarı
    Bağlamaq

    “SOCAR Polymer”in əməkdaşları üçün buraxılış imtahanları keçirilib

    33 nəfər gənc imtahan komissiyası qarşısında bilik və bacarıqlarını nümayiş etdiriblər© Socar.az

    Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində “SOCAR Polymer” MMC şirkətinin əməkdaşları üçün yekun buraxılış imtahanları keçirilib.

    “Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, 2016-cı ildə TTSİ və “SOCAR Polymer” MMC şirkəti arasında “Kadr hazırlığı haqqında” bağlanmış müqaviləyə əsasən TTSİ-nin 3 təlim mərkəzində (Kadr hazırlığının təşkili Mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və Qobustan Regional Təlim Mərkəzi) 3 və 6 aylıq, eləcə də 1 illik kurslarda “SOCAR Polymer” MMC şirkətinin əməkdaşlarının 5 ixtisas üzrə hazırlanması nəzərdə tutulub. STTM-də “Aparatçı”, “Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər” və “Elektrik montyoru” peşələri üzrə ümumilikdə 33 nəfərin hazırlanması başa çatdırılıb. İmtahanlarda iştirak edən TTSİ-nin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv və şəffaf keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb və gənclərə gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb. TTSİ və “SOCAR Polymer” şirkətinin mütəxəssislərinin iştirakı ilə keçirilən imtahanlar zamanı STTM-də təhsil almış 33 nəfər gənc imtahan komissiyası qarşısında öz bilik və bacarığını nümayiş etdirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi