"SOCAR Polymer" 13 vəzifə üzrə vakansiyalar elan edib

"SOCAR Polymer" 13 vəzifə üzrə vakansiyalar elan edib Vakansiyalar üzrə son müraciət tarixi avqustun 31-dir
Energetika
3 Avqust , 2017 17:19
SOCAR Polymer 13 vəzifə üzrə vakansiyalar elan edib

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Polymer" MMC 13 vəzifə üzrə vakansiyalar elan edib.

"Report"un məlumatına görə, şirkət daxili auditor, inşaat mühəndisi, mülki inşaat/konstruksiyalar üzrə keyfiyyət müfəttişi, SƏTƏMM mühəndisi, boru sistemləri üzrə aparıcı mühəndis, aparıcı inşaat mühəndisi, mühəndis-texnoloq, icazələrin əldə edilməsi üzrə koordinator, aparıcı mühəndis-mexanik, mühəndis-mexanik, boru sistemləri üzrə mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma üzrə aparıcı mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma mühəndisi üzrə mütəxəssis axtarır.

Daxili auditor – Gündəlik, həftəlik və aylıq audit planları, eləcə də digər şöbələrin işçiləri ilə birgə işin inkişafı proqramları hazırlamalıdır. Namizəd yüksək səviyyəli (advance level) ingilis dili biliyinə və 3-5 il təcrübəyə malik olmalıdır. İqtisadiyyat və biznes ixtisasları üzrə master dərəcəsi olması arzu olunandır.

İnşaat mühəndisi – Ən səmərəli layihəni inkişaf etdirmək üçün ümumi layihələrin rəqabətli icra üsullarını tətbiq etməlidir.

Mülki inşaat/konstruksiyalar üzrə keyfiyyət müfəttişi – Əməkdaşlarla birlikdə işlərin gedişini və konstruksiyanın strukturunun yoxlanılmasını həyata keçirməlidir.

SƏTƏMM mühəndisi – SƏTƏMM fəaliyyətində Ümumi Quraşdırılma Xərcləri (TIC) layihələrinin icrası zamanı aşağı səviyyəli mütəxəssislərə nəzarətə yardım etməlidir.

Boru sistemləri üzrə aparıcı mühəndis, aparıcı mühəndis-mexanik,  nəzarət vasitələri və avtomatlaşdırma üzrə aparıcı mühəndis - Layihənin bütün mərhələlərində xidmət və təsisat sahələrinə, həmçinin layihə ilə bağlı bütün digər sənədlərə nəzarət edəcək.

Aparıcı inşaat mühəndisi – Qlobal strateji təşəbbüslərin layihədə həyata keçirilməsi prosedurlarını təşkil etmək.

Mühəndis-texnoloq – Layihənin mühəndislik, satınalma və quraşdırma mərhələlərində texniki-iqtisadi tərəflərini və inkişaf spesifikasını hazırlanması

İcazələrin əldə edilməsi üzrə koordinator – İcazələrin alınması və planın hazırlanmasında və icrasında rəhbərə yardım etmək

Mühəndis-mexanik, boru sistemləri üzrə mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma mühəndisi – Ən səmərəli layihəni inkişaf etdirmək üçün ümumi layihələrin rəqabətli icra üsullarını tətbiq etməlidir.

Vakansiyalar üzrə son müraciət tarixi avqustun 31-dir. Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində tanış olmaq mümkündür. 

http://socarpolymer.com/en/career/experienced-professionals/

Son xəbərlər

Orphus sistemi