“SOCAR Petroleum” yeni plastik hədiyyə kartlarının satışına başlayıb

“SOCAR Petroleum” yeni plastik hədiyyə kartlarının satışına başlayıb Bakı. 18 fevral. REPORT.AZ/ “SOCAR Petroleum” QSC yeni plastik hədiyyə kartlarının satışına başlayıb.
Energetika
18 Fevral , 2019 18:07
“SOCAR Petroleum” yeni plastik hədiyyə kartlarının satışına başlayıb

Bakı. 18 fevral. REPORT.AZ/ “SOCAR Petroleum” QSC yeni plastik hədiyyə kartlarının satışına başlayıb.

Bu barədə “Report”a şirkətdən bildirilib.

“SOCAR Petroleum”un informasiya və kommunikasiya texnologiyalarındakı inkişafı davam etməkdədir. Müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən “SOCAR Petroleum” “Mi fare” texnologiyalı (kontaktsız, yəni POS-terminalsız kart satışının həyata keçirilməsi) xidmətini istifadəyə verdikdən sonra daha bir yeniliyə imza atıb. Belə ki, “SOCAR Petroleum” hədiyyə kartlarının satışına başlayıb və müxtəlif yanacaq növlərini əldə etmək üçün bu hədiyyə kartlarının üstünlüklərindən faydalanmağı təklif edir. Hədiyyə kartları əvvəlcədən ödənişlidir və yanacaq hədiyyə etmək imkanı yaradır”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, alıcıların rahatlığı üçün hədiyyə kartları 100, 200, 300, 5001 000 nominalda satışa təklif edilir. Hədiyyə kartları adsız sertifikatlıdır və kartı təqdim edən şəxs onun vasitəsilə SOCAR yanacaqdoldurma məntəqələrində nominala uyğun məbləğdə istənilən növ yanacaq əldə etmək imkanına sahib olur. Hədiyyə kartlarının balansını e-manat ödəmə terminallarında artıraraq istifadəsini davam etdirmək mümkündür.

Hədiyyə kartlarına sahib olmaq üçün müştərilər SOCAR yanacaqdoldurma məntəqələrinə və ya “SOCAR Petroleum”un ofisinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi