“SOCAR Petroleum”: “Ai-98” super markalı benzin yaxın günlərdə satışda olacaq

“SOCAR Petroleum”: “Ai-98” super markalı benzin yaxın günlərdə satışda olacaq Belarusdan “Super Euro-98” markalı benzin partiyası yola çıxıb
Energetika
688
5 İyun , 2017 10:51
“SOCAR Petroleum”: “Ai-98” super markalı benzin yaxın günlərdə satışda olacaq

Bakı. 5 iyun. REPORT.AZ/ Yaxın günlərdə xaricdən idxal edilən “Super Euro-98” markalı benzin SOCAR-ın yanacaqdoldurma məntəqələrində yenidən satışda olacaq.

Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən bildirilib.

“Bir neçə gündür ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrində xaricdən gətirilən “Super Euro-98” markalı benzin satılmır. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsidir. Artıq məsələ həll olunub. Belarusdan “Super Euro-98” markalı benzin partiyası yola çıxıb və iyunun 10-da Azərbaycana çatacaq. Burada gömrük sənədləşməsi aparıldıqdan sonra təxminən iyunun 15-16-da SOCAR yanacaqdoldurma məntəqələrində satışda olacaq”, - “SOCAR Petroleum”dan bildirilib.

Son xəbərlər

Orphus sistemi