“SOCAR Petroleum” “Rebuild Karabakh 2021” sərgisində iştirak edib

“SOCAR Petroleum” “Rebuild Karabakh 2021” sərgisində iştirak edib “SOCAR Petroleum” QSC oktyabrın 20-22-dı Bakı Ekspo Mərkəzində keçirilən 1-ci Azərbaycan Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (“Rebuild Karabakh-2021”) iştirak edib.
Energetika
22 Oktyabr , 2021 17:57
“SOCAR Petroleum” “Rebuild Karabakh 2021” sərgisində iştirak edib

“SOCAR Petroleum” QSC oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində keçirilən 1-ci Azərbaycan Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (“Rebuild Karabakh-2021”) iştirak edib.

Şirkətdən “Report”a verilən məlumata görə, sərginin əsas məqsədi Qarabağ bölgəsinin sürətli bərpasına töhfə vermək və bu məqsədlə müxtəlif ölkələrdən olan şirkətlərin unikal təcrübələrini və investisiya təkliflərini bir platformada nümayiş etdirmək olub.

Sərgi çərçivəsində Qarabağ bölgəsinin turizm potensialı, enerji potensialı, mədəni abidələrin bərpası və digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi