“SOCAR Petroleum” Silahlı Qüvvələr Günü münasibətilə yeni kampaniyaya başlayıb - VİDEO

“SOCAR Petroleum” Silahlı Qüvvələr Günü münasibətilə yeni kampaniyaya başlayıb - VİDEO “SOCAR Petroleum” QSC Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə kampaniyaya başlayıb.
Energetika
13 İyun , 2019 19:08
“SOCAR Petroleum” Silahlı Qüvvələr Günü münasibətilə yeni kampaniyaya başlayıb - VİDEO

SOCAR Petroleum” QSC Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə kampaniyaya başlayıb.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, kampaniya iyun ayının 30-dək davam edəcək.  

“SOCAR Petroleum” QSC 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə ölkənin hərbi qulluqçuları və eyni zamanda digər güc strukturlarının əməkdaşları üçün xüsusi hədiyyə kampaniyasına start verir. Kampaniyadan faydalanmaq istəyən güc strukturu əməkdaşları “SOCAR Petroleum” QSC-nin tərəfdaş şirkəti olan "CNG AUTOGAS" MMC-də sıxılmış təbii qaz (CNG) avadanlığı quraşdıran zaman 200 manat hədiyyə yanacaq kartı əldə edirlər. 

Kampaniyanın əsas məqsədi bayram əhval-ruhiyyəsi aşılamaq və hərbçilərimizə bu bayram günlərində sevinc hissi bəxş etməkdir. 

Son xəbərlər

Orphus sistemi