“SOCAR Petroleum” ən yaxşı yanacaqdoldurma məntəqələri şəbəkəsi mükafatını alıb - VİDEO

“SOCAR Petroleum” ən yaxşı yanacaqdoldurma məntəqələri şəbəkəsi mükafatını alıb - VİDEO “Azeri Business Award 2019” biznes sahəsində Milli mükafatın təqdimatıçərçivəsində “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “SOCAR Petroleum” QSC qalib seçilib.
Energetika
128
13 Mart , 2020 12:49

“Azeri Business Award 2019” biznes sahəsində Milli mükafatın təqdimatıçərçivəsində “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “SOCAR Petroleum” QSC qalib seçilib.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində namizədlərin fəaliyyətindəki artım templəri, yeniliklərin tətbiqi, keyfiyyət səviyyəsi əsas amillər olaraq götürülür.

Qeyd olunub ki, “SOCAR Petroleum” QSC-nin 30 yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkəsi, 11 neft terminal bazası var. Respublikada yeganə CNG terminalı, CNG şəbəkəsi vardır, ekoloji CNG yanacağının tətbiqində liderdir. 

Son xəbərlər

Orphus sistemi