“SOCAR Petroleum”: CNG yanacağının istehlakçıları 31 mln manat qənaət edib

“SOCAR Petroleum”: CNG yanacağının istehlakçıları 31 mln manat qənaət edib 2015-2020-ci illərdə ölkəmizdə CNG yanacağının istehlakı 86 mln kubmetr təşkil edib.
Energetika
25 Yanvar , 2021 13:44
“SOCAR Petroleum”: CNG yanacağının istehlakçıları 31 mln manat qənaət edib

2015-2020-ci illərdə ölkəmizdə CNG yanacağının istehlakı 86 mln kubmetr təşkil edib.

Bu barədə “Report”a “SOCAR Petroleum” şirkətindən məlumat verilib.

Bildirilir ki, bu müddət ərzində sıxılmış təbii qaz istehlakçıları 31 mln manat qənaət ediblər. Eyni zamanda ölkə atmosferinə emisiya edilən istixana qazları 44 000 ton azalıb. Artıq bir ildən çoxdur ki, “SOCAR Petroleum” və “189 TAXİ”, birgə "Eko taksi" layihəsini davam etdirir.

Əməkdaşlıq çərçivəsində “189 TAXİ” şirkətinə məxsus taksi avtomobillərinə sıxılmış təbii qaz avadanlıqları quraşdıdılıb. Bununla bir ildən çox müddət ərzində fəaliyyətdə olan taksilərin qaz yanacağı tədarükündə və eyni zamanda “SOCAR Petroleum”un CNG satışlarında xeyli səmərəlilik olub.

“Eko taksi” layihəsi çərçivəsində taksilər bir il müddətinə ümumilikdə 500 000 km yol qət ediblər. Eyni zamanda qeyd olunan müddət ərzində 17 000 müştəri daşınıb. Ənənəvi yanacaqdan fərqli olaraq taksilərin yanacaq məsrəfi iki dəfə yarım azalıb. Beləki, benzin ilə işləyən taksi ayda yanacağa 650 manat, CNG ilə işləyən isə 250 manat xərcləyir. Beləliklə hər ay 400 manat qənaət olunur. Bundan başqa bir ildən çox müddətdə ölkə atmosferinə atılan istixana qazlarının miqdarı 11 tonadək azalıb. Digər yanacaq növlərində bu rəqəm dəfələrlə çoxdur. Şəhər daxili və eyni zamanda ictimai nəqliyyatda CNG yanacağı ən səmərəli və ekoloji təmiz yanacaq növlərindən biridir.

Qeyd edək ki, “SOCAR Petroleum” 38 YDM ilə yanaşı, 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan şirkətin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. Ekoloji təmiz olan bu yanacağın bir kubmetrinin qiyməti 45 qəpik təşkil edir və istehlakçı hər 100 kilometr üçün 4,5 manat qənaət etmiş olur.

Son xəbərlər

Orphus sistemi