“SOCAR Petroleum” CNG-nin pərakəndə satışını 39 % artırıb

“SOCAR Petroleum” CNG-nin pərakəndə satışını 39 % artırıb Hal-hazırda “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrinin onunda bu mühərrik yanacağının satışı həyata keçirilir
Energetika
364
10 Dekabr , 2020 15:22
“SOCAR Petroleum” CNG-nin pərakəndə satışını 39 % artırıb

Bu ilin yanvar-noyabr ayları müddətində “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 3,163 mln kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, 2019-cu illin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 39 % artıb.

O bildirib ki, CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrinin onunda bu mühərrik yanacağının satışı həyata keçirilir.

Xatırladaq ki, CNG beynəlxalq praktikada geniş istifadə olunan qənaətli, ekoloji təmiz (Avro-6 standartının tələblərinə cavab verən) mühərrik yanacağıdır.

Son xəbərlər

Orphus sistemi