"SOCAR Petroleum" bu il yanacaqdoldurma məntəqələrinin sayını 29-a çatdıracaq

"SOCAR Petroleum" bu il yanacaqdoldurma məntəqələrinin sayını 29-a çatdıracaq Bakı. 3 may. REPORT.AZ/ SOCAR Petroleum QSC bu il ərzində Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını artıraraq 29-a çatdırmağı planlaşdırır.
Energetika
3 May , 2018 15:35
SOCAR Petroleum bu il yanacaqdoldurma məntəqələrinin sayını 29-a çatdıracaq

Bakı. 3 may. REPORT.AZ/ "SOCAR Petroleum" QSC bu il ərzində Azərbaycanda yanacaqdoldurma məntəqələrinin sayını artıraraq 29-a çatdırmağı planlaşdırır.

“Report” QSC-yə istinadən xəbər verir ki, yeni yanacaqdoldurma məntəqələri Bakıda yerləşəcək.

Qeyd olunub ki, artıq onlardan biri Pirallahı rayonunda inşa edilib və yaxın günlərdə istifadəyə veriləcək. Digər yanacaqdoldurma məntəqəsi isə Yasamal rayonu, Maşın bazarı kimi tanınan ərazinin yaxınlığında yerləşəcək. Bu məntəqənin də inşası yekunlaşmaq üzrədir. Digər yanacaqdoldurma məntəqəsinin tikintisinə isə Binəqədi rayonu, Bakı-Novxanı yolunun yaxınlığında başlanılıb. 

Bundan başqa, SOCAR 7 yanacaqdoldurma məntəqəsində “Super” (Ai-98) markalı yanacağın satışına da başlayıb. “Super” markalı yanacaq Bakı-Aeroport yolu (keçmiş Sabunçu dairəsinin yaxınlığı), Bibiheybət Məscidinin yaxınlığı, Bakı-Quba yolunun 28-ci km-i, Aeroport-Bakı yolunun sağ tərəfi, Babək prospekti, Ziya Bünyadov prospekti, Nobel prospektindəki yanacaqdoldurma məntəqələrində satılır.

Qeyd edək ki, Azərbaycanda “Super” yanacağının satışı yalnız SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi