SOCAR "Petkim"dən 145 mln. manat divident alacaq

SOCAR "Petkim"dən 145 mln. manat divident alacaq Dividentlərin aprelin 14-də paylanmasına qərar verilib
Energetika
30 Mart , 2017 12:22
SOCAR Petkimdən 145 mln. manat divident alacaq

Bakı. 30 mart. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” 2016-cı ildə əldə etdiyi mənfəətindən 600 mln. Türkiyə lirəsi (283,56 mln. manat) məbləğində sərmayədarlara divident ödəyəcək.

“Report” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir ki, bu barədə “Petkim”in 2016-cı il fəaliyyətinə dair İdarə Heyətinin martın 29-da keçirilən iclasında qərara alınıb.

“SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividentin həcmi 306 mln. lirə (144,616 mln. manat) olacaq. İclasda dividentlərin aprelin 14-də paylanmasına qərar verilib.

“Petkim” 2016-cı ildə 725,786 mln. lirə həcmində xalis mənfəət əldə edib, xalis paylana bilən mənfəəti isə 690,645 mln. lirə təşkil edib.

İclasda ötən il dekabrın 15-də İdarə Heyətinin qərarı ilə Holdinqin 2017-ci il fəaliyyətinin auditini aparmaq üçün seçilən “PwC” (“Pricewaterhouse Coopers”) şirkətinin audit aparması səs çoxluğu ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi