Yuxarı

​SOCAR "Petkim"dəki payının 13%-ni ABŞ banklarına satıb - YENİLƏNİB

Goldman Sachs və JP Morgan layihədə 13%-lik pay alıb

İlk xəbər saat 18:23-də verilib

Bakı. 14 avqust. REPORT.AZ/ "SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"də olan iştirak payının 13%-ni 1,3 mlrd. ABŞ dollarına beynəlxalq investorlara satıb.

"Report" xəbər verir ki, bunu ABŞ-ın "Goldman Sachs" (GS) və "JP Morgan" (JPM) banklarının birgə yaratdığı "Goldman Sachs International" investisiya şirkəti alıb.

Bu qiymətə "Goldman Sachs International" şirkəti "SOCAR Turkey Energy"dən "Petkim Holding"də təxminən 8% pay (890,6 mln. ədəd səhm) alıb.

Qeyd edək ki, bundan öncə "SOCAR Turkey Energy"nin "Petkim Holding"də payı 61,32% olub.

*** 18:53

"SOCAR Turkey Energy"nin vitse-prezidenti Samir Kərimli "Report"a açıqlamasında bildirib ki, bu səhm zərfinin ABŞ banklarına faktiki olaraq 1,3 mlrd. dollara satılması "SOCAR Turkey Energy"nin real bazar dəyərinin 10 mlrd. dollar olduğunu göstərir.

"Əgər gələcəkdə əlavə sərmayələrə ehtiyac yaranarsa, "SOCAR Turkey Energy"nin yeni səhmlərinin İstanbul Fond Birjasına çıxarılması da mümkündür", - S.Kərimli əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi