Yuxarı
    Bağlamaq

    SOCAR perspektiv strukturda axtarış quyusu qazır

    Dövlət Neft Şirkəti Eldaroyuğu sahəsində struktur-axtarış quyusunun qazılmasına başlayıb

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Eldaroyuğu" sahəsində struktur-axtarış quyusunun qazılması işlərinə başlayıb.

    SOCAR-dan "Report"a verilən məlumata görə, qazma işləri Kompleks Qazma İşləri Tresti tərəfindən aparılır. Layihə dərinliyi 1 000 metr olan quyu Miosen çöküntülərinin üst Sarmat qatına qazılır. Qazma işlərinin aparılmasında məqsəd sahənin geoloji quruluşu, Miosen çöküntülərinin üst Sarmat qatının litoloji və kollektorluq xüsusiyyətlərinin, eləcə də neft-qazlılığını öyrənməkdir. Quyunun 2015-ci ilin yanvar ayında təhvil verilməsi gözlənilir.

    Qeyd edək ki, "Eldaroyuğu" sahəsi Kür və Qabırrı çaylararası neftli-qazlı zonasının şərq hissəsində, Samux rayonu ərazisində yerləşir. Sahənin məhsuldarlıq ehtimalı böyükdür və burada bir sıra kəşfiyyat quyularının qazılmasına, geofiziki kəşfiyyat işlərinin aparılmasına zərurət yaranıb. Hazırda “Eldaroyuğu” sahəsində 2D seysmik kəşfiyyat və qravimetrik və maqnitometrik işlər yekunlaşıb, əldə olunan materialların emalına başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi