SOCAR Özbəkistanda neft hasilatını artıracaq

SOCAR Özbəkistanda neft hasilatını artıracaq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində neft hasilatını artıracaq.
Energetika
20 May , 2019 12:19
SOCAR Özbəkistanda neft hasilatını artıracaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində neft hasilatını artıracaq.

“Report”un Özbəkistan mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı müvafiq saziş “Uzbekneftegaz” şirkəti ilə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu arasında bu ölkədə keçirilən “Özbəkistanın neft və qazı OGU-2019” 23-cü beynəlxalq sərgi və konfransı çərçivəsində imzalanıb.

Sənədə əsasən, bu əməkdaşlıq sayəsində SOCAR aparıcı üsullar və texnologiyadan istifadə edərək “Qərbi Daşlı”, “Şərqi Daşlı”, “Şimali Şurtan” və Özbəkistanın "Qarmiston" yataqlarında karbohidrogen hasilatını artıracaq.

Qeyd edək ki, bu, “Uzbekneftegaz” şirkətinin SOCAR ilə ilk layihəsidir. Bu yataqların birgə işlənilməsi ilə bağlı razılıq “Özbəkistanın neft və qazı OGU-2018” beynəlxalq sərgi və konfrans çərçivəsində nail olunub. Bununla bağlı Anlaşma Memorandum da imzalanıb ki, bu da iki neft-qaz şirkətləri arasında sıx əməkdaşlıq yaratmaq üçün əsas yaradıb.

Bildirilib ki, iki şirkətin əməkdaşlığının inkişafı Özbəkistanda karbohidrogen hasilatını artırmağa imkan yaradacaq. Bu da öz növbəsində Özbəkistanın Qaşqadərya vilayətinin sosial-iqtisadi inkişafının artırılmasına səbəb olacaq. 

Son xəbərlər

Orphus sistemi