Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 2016-cı il ərzində 105 245 metr qazma işi görülüb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bunun da 102 532 metri istismara, 2 713 metri isə kəşfiyyata aid olub.
Ötən il həyata keçirilən qazma işlərinin həcmi 2015-ci illə müqayisədə 0,8% çox olub.
Hesabat ilində görülən qazma işlərinin 4 882 metri dekabr ayı ərzində həyata keçirilib. Bu sahədə görülmüş işlərin 4 839 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Bundan əlavə, ötən ilin dekabrında qazmadan alınmış 7, il ərzində isə 64 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.