Yuxarı

SOCAR ​ötən il Gürcüstana 264 min ton Azərbaycan mənşəli neft məhsulu idxal edib

”SOCAR Energy Georgia“ Gürcüstana 22 mln. dollar həcmində investisiya yatırıb

Bakı. 2 avqust. REPORT.AZ/ “SOCAR Georgia Petroleum” MMC tərəfindən 2015-ci ildə Gürcüstan bazarına 263 843 ton Azərbaycan mənşəli neft məhsulu idxal edilib. "Report" xəbər verir ki, bu barədə şirkətin "Davamlı inkişaf haqqında" hesabatında qeyd olunub.

Xatırladılıb ki, 2015-ci ildə "SOCAR" brendi ilə Gürcüstanda qazdoldurma və yanacaqdoldurma işlərini həyata keçirən 8 YDM açılıb. Hesabat ilində Gürcüstana Azərbaycandan ”SOCAR Georgia Gas” MMC tərəfindən 1,51 mln. ton ekvivalentində ümumi dəyəri 314,3 mln. ABŞ dolları olan təbii qaz idxal edilib ki, bu da əvvəlki dövrlərlə müqayisədə 9,2% çoxdur.

"SOCAR Energy Georgia" tərəfindən 2015-ci ildə Gürcüstanda 21,8 mln. ABŞ dolları məbləğində investisiya yatırımı həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas qaz tədarükçüsüdür və ölkənin bu qəbildən olan idxal məhsulunun 74%-ni təmin edir.

SOCAR-ın törəmə şirkəti ”SOCAR Energy Georgia” 2006-cı ildə yaradılıb. “SOCAR Energy Georgia” şirkətinin əsas fəaliyyət sahəsinə neft məhsullarının Gürcüstanda topdan və pərakəndə satışı, "SOCAR" brendi altında YDM-in, neft terminalları və anbarlarının tikintisi, eləcə də yeni qaz kəmərinin çəkilməsi və mövcud qaz kəmərlərinin reabilitasiyası daxildir. “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda fəaliyyət göstərən şirkətlərin biznes reytinqinin ilk onluğunda yer alıb. Şirkət ən böyük vergi ödəyicisi, ən böyük iş yerlərinin təminatçısı, yüksək keyfiyyət standartı və effektiv menecment nominasiyalarında qalib gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi