SOCAR ötən il Ceyhan limanından 16,8 mln. ton xam neft ixrac edib

SOCAR ötən il Ceyhan limanından 16,8 mln. ton xam neft ixrac edib SOCAR-ın Ceyhan limanından ixrac etdiyi xam neftin 1,3 mln. tonu dekabrın payına düşüb
Energetika
5 Yanvar , 2017 12:15
SOCAR ötən il Ceyhan limanından 16,8 mln. ton xam neft ixrac edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildə Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 16 784 975 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən il limandan ixrac olunan xam neftin həcmi 2015-ci ildən 6,4% azdır.

Hesabat ilində SOCAR-ın Ceyhan limanından ixrac etdiyi xam neftin 1 290 954 tonu dekabr ayının payına düşüb ki, bu da 2015-ci ilin dekabr ayından 30% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi