Yuxarı
    Bağlamaq

    SOCAR ötən il büdcəyə 1,5 mlrd. manat ödəyib

    Ötən ay Dövlət Sosial Müdafiə Fonduna ödəniş 8% artıb

    Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin dekabr ayında dövlət büdcəsinə 75,32 mln. manat vəsait ödəyib.

    "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumiyyətlə, 2015-ci ildə büdcəyə 1 480,195 mln. manat vəsait ödənilib. 

    Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,688 mln. manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 8,4% çoxdur. 

    Qeyd edək ki, 2015-ci ilin yanvar-dekabr aylarında isə Şirkət tərəfindən DSMF-yə ödəniş 139,294 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi