Yuxarı

SOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edib

​SOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edib

21

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Şimal (Bakı-Novorossiysk) neft kəməri ilə 824,4 min ton həcmində neft ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Hesabata əsasən, bu göstərici 2018-ci illə müqayisədə 473,6 min ton və yaxud 36,5% azdır.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi