SOCAR ötən il “Azərenerji”yə 4,7 mlrd. kubmetr qaz verib

SOCAR ötən il “Azərenerji”yə 4,7 mlrd. kubmetr qaz verib Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi ötən il “Azərenerji” ASC-yə 4,725 mlrd. kubmetr həcmində qaz verib.
Energetika
23 Yanvar , 2018 17:21
SOCAR ötən il “Azərenerji”yə 4,7 mlrd. kubmetr qaz verib

Bakı. 23 yanvar. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi ötən il “Azərenerji” ASC-yə 4,725 mlrd. kubmetr həcmində qaz verib".

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “İki sahil” qəzetinə müsahibəsində bildirib.

İdarə rəisi qeyd edib ki, ötən il, ümumilikdə, Qaz İxrac İdarəsi tərəfindən 14,838 mlrd. kubmetr qaz qəbul edilib.

Onun sözlərinə görə, ABƏŞ-dən (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, "Azəri-Çıraq-Günəşli" (AÇG) bloku üzrə) 2,896 mlrd., AQSC- dən (Azərbaycan Qaz Təchizatı Şirkəti, "Şahdəniz" yatağı) 2,793 mlrd., Əməliyyat şirkətlərindən 313 mln., “Azneft” İB-dən 6,708 mlrd. kubmetr qaz qəbul edilib.

İdarə rəisi bildirib ki, hesabat ilində İrandan idxal 1,761 mlrd. kubmetr, Rusiyadan idxal isə 349 mln. kubmetr təşkil edib: “Qəbul olunan qaz həcmlərindən “Azəriqaz” İB-yə 5,813 mlrd. kubmetr, “Azərenerji” ASC-yə 4,725 mlrd. kubmetr, “Azneft” İB -yə və digər mənbələrə 2,650 mlrd. kubmetr təbii qaz həcmi nəql edilib”.

O, ixrac olunan qaz həcmlərindən də danışaraq bildirib ki, Gürcüstana müvafiq alqı-satqı müqaviləsi üzrə 2017-ci ildə 1,380 mlrd. kubmetr həcmində təbii qaz ixrac olunub: "Naxçıvan MR-nin təbii qaza olan tələbatını təmin etmək məqsədilə Astaradan İrana müvafiq uzunmüddətli (2025-ci ilə qədər) mübadilə müqaviləsi çərçivəsində illik, təqribən, 402 mln. kubmetr Azərbaycan mənşəli təbii qaz təchiz olunur ki, bunun da 350 mln. kubmetri sonradan Naxçıvana çatdırılır. Bu məqsədlə təchiz olunan təbii qazın tam həcminin dəyəri ödənişsiz və maliyyə əməliyyatları olmadan beynəlxalq “swap” şərtləri əsasında həyata keçirilir. 2016-cı ilin oktyabr ayında İranla bağlanmış idxal qazı müqaviləsi üzrə 2017-ci ildə 270 mln. kubmetr qaz həcmi “Naxçıvanqaz” İB- yə təhvil verilib".

Son xəbərlər

Orphus sistemi