SOCAR ötən ay qazma işlərini artırıb

SOCAR ötən ay qazma işlərini artırıb Dövlət Neft Şirkəti avqustda 9 643 metr qazma işi həyata keçirib
Energetika
3 Sentyabr , 2015 15:26
SOCAR ötən ay qazma işlərini artırıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9 643 metr qazma işi həyata keçirib. "Report" şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. 

Hesabat ayında həyata keçirilmiş qazma işləri ötən ilin analoji ayından 17% artıq olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 73 963 metr qazma işi görülüb ki, bunun da 72 963 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub. Bu göstərici isə ötən ilin 8 ayındakı qazma işlərindən 17% azdır.

Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 3, ilin əvvəlindən isə 45 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi