​SOCAR ötən ay əhali sektoru üzrə 65,411 mln. kubmetr qaz satıb

​SOCAR ötən ay əhali sektoru üzrə 65,411 mln. kubmetr qaz satıb Qeyri-əhali sektoru üzrə isə 115,102 mln. kubmetr həcmində qaz satılıb
Energetika
15 Oktyabr , 2015 12:56
​SOCAR ötən ay əhali sektoru üzrə 65,411 mln. kubmetr qaz satıb

Bakı.15 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7869 yeni abonent qeydiyyata alınıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun da 2385-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 5484-ü isə regionların payına düşüb.

Ümumiyyətlə cari ilin yanvar-sentyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 60333 təşkil edib. Bu göstəricinin də 21903-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 38430-u isə regionlar üzrə olub.

Cari ilin sentyabr ayında əhali sektoru üzrə 65 mln. 411 min 643 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 122,04 faiz təşkil edib. Qeyri-əhali sektoru üzrə isə 115 mln. 102 min 756 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 120,26 faiz vəsait toplanıb.

Bu ayın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 124 921 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 328 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

Son xəbərlər

Orphus sistemi