​SOCAR ötən ay büdcəyə 127 mln. manat ödəyib

​SOCAR ötən ay büdcəyə 127 mln. manat ödəyib İl ərzində şirkətin büdcə ödənişləri 789 mln. manat olub
Energetika
10 Avqust , 2016 16:16
​SOCAR ötən ay büdcəyə 127 mln. manat ödəyib

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin iyul ayında dövlət büdcəsinə 127,110 mln. manat vəsait ödənilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə cari ilin yanvar-iyul aylarında büdcəyə 788,852 mln. manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,074 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 901 min manat və ya 8,1% çox olub. 

Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 81,606 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 649 min manat və ya 0,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi