SOCAR ölkədə CNG stansiyalarının inşası məsələsini müzakirə edir

SOCAR ölkədə CNG stansiyalarının inşası məsələsini müzakirə edir David Məmmədov: "Bu, təbiət üçün ən zərərsiz yanacaqdır və xüsusi qurğular lazım deyil"
Energetika
20 Fevral , 2015 16:12
SOCAR ölkədə CNG stansiyalarının inşası məsələsini müzakirə edir

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkə ərazisində sıxılmış təbii qaz (Compressed Natural Gas - CNG) yanacaq stansiyalarının inşası məsələsinə bu ilin aprel-may aylarında baxmağı planlaşdırır. “Report” xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib: "İşlər gedir. Dəqiq qərar hələ yoxdur. Bu məsələ belədir ki, vətəndaşlar könüllü olaraq qaza keçməyəcək. Çünki Azərbaycan üzrə şəbəkə yoxdur". 

D.Məmmədov ilkin mərhələdə Azərbaycanda CNG stansiyalarının iri şəhərlərdə qurulacağını açıqlayıb: “Yanacaq maye olduğu üçün rahatdır. Bizdə propan və butan qarışığı olan maye qazın istifadəsi ildən-ilə azalır. Çünki müyyən problemlər çıxır. Hər il FHN-in yoxlamasından keçməlidir, çünki böyük təhlükədir. Amma sıxılmış qazdan istifadəni Bakı, Sumqayıt kimi böyük şəhərlərdəki ictimai nəqliyyat və büdcə təşkilatları üçün nəzərdə tuturuq. Bu, birincisi ən təmiz yanacaqdır. Təbiətə ziyanı digərləri ilə müqayisədə demək olar sıfırdır. İkincisi, çox rahat vurulur avtomaşınlara, xüsusi qurğu lazım deyil. Bu stansiyaların tikilməsi üçün işlər gedir və məsələyə aprel-may aylarında baxılmalıdır”.

Xatırladaq ki, bir müddət öncə SOCAR rəhbərliyi yaxın vaxtlarda Azərbaycanda ilk 6 CNG stansiyasının qurulacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi