SOCAR nümayəndəsi Yunanıstan baş nazirinin müavini ilə görüşüb

SOCAR nümayəndəsi Yunanıstan baş nazirinin müavini ilə görüşüb Mayın 26-27-də Afinada Yunanıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Energetika
20 Aprel , 2016 09:24
SOCAR nümayəndəsi Yunanıstan baş nazirinin müavini ilə görüşüb

Bakı. 20 aprel. REPORT.AZ/ "SOCAR Energy Greece SA" şirkətinin baş direktoru Anar Məmmədov Yunanıstan baş nazirinin müavini Yannis Draqasakis ilə görüşüb.

"Report" Yunanıstan KİV-nə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə görülən işlər müzakirə olunub.

Görüşdə mayın 26-27-də Afinada keçirilməsi planlaşdırılan Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın IV iclası barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi