​SOCAR nümayəndə heyəti Türkiyədə inşa edilən neft emalı zavodlarına səfər edib

​SOCAR nümayəndə heyəti Türkiyədə inşa edilən neft emalı zavodlarına səfər edib Mürəkkəb layihələrin icrası zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə olunub
Energetika
20 Noyabr , 2015 13:46
​SOCAR nümayəndə heyəti Türkiyədə inşa edilən neft emalı zavodlarına səfər edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov və emal üzrə vitse-prezidenti Davud Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına neft emalı zavodunda nəzərdə tutulan yenidənqurma işləri çərçivəsində Türkiyənin İzmir və İzmit şəhərlərində işguzar səfərdə olublar.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübə mübadiləsi məqsədi daşıyan səfər çərçivəsində nümayəndə heyəti SOCAR-ın Türkiyənin İzmir bölgəsinin yaxınlığında inşa etdiyi “Star” neft emalı zavodunda aparılan layihələndirmə və tikiniti işlərinin gedişi ilə tanış olub, ətraflı fikir mübadiləsi aparıblar.

SOCAR nümayəndə heyəti İzmit şəhərində yerləşən “TÜPRAŞ İzmit” neft emalı zavodunda yekunlaşdırılmaqda olan irihəcmli yenidənqurma işləri ilə də tanış olublar. Hər iki görüş zamanı SOCAR nümayəndələrinə layihələr barədə məlumatlar verilib, tikinti meydançalarına səfərlər təşkil edilib, bu tip mürəkkəb layihələrin icrası zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə olunub.

Görüşlərdə Heydər Əliyev adına neft emalı zavodunun direktoru Elman İsmayılov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi