SOCAR noyabrda qaz hasilatını artırıb

SOCAR noyabrda qaz hasilatını artırıb Bu ilin 11 ayında 6,3 mlrd. kubmetr qaz hasil edilib
Energetika
30 Dekabr , 2015 14:52
SOCAR noyabrda qaz hasilatını artırıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-noyabr ayları ərzində 6 323,1 mln. kubmetr həcmində təbii qaz hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 4,9% azalıb.

Hesabat dövründə hasil olunan qazın 567,2 mln. kubmetri noyabr ayının payına düşüb. Noyabrda isə qaz hasilatı ötən ilin noyabr ayına nisbətən 1,8% artıb.

Qeyd edək ki, bu il SOCAR-a məxsus yataqlardan 6,5 mlrd. kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi