Yuxarı
    Bağlamaq

    SOCAR Novorossiyskdən neft ixracını artırıb

    Şirkət mayda Ceyhan limanından 1,323 mln. ton xam neft ixrac edib

    Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin may ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 631 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 260 380 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 322 980 ton xam neft ixrac edib.

    "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Novorossiyskdən ixrac ötən ilin eyni ayı ilə müqayisədə 5,84% artıb.

    Ümümilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 573 838 ton, Supsa limanından 1 139 045 ton, Ceyhan limanından 6 697 067 ton xam neft ixrac edilib. Novorossiyskdən ixrac illik müqayisədə 79,61%, Supsadan 9,42% artıb.

    SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi