SOCAR Novorossiysk limanından xam neft ixracını azaldıb

SOCAR Novorossiysk limanından xam neft ixracını azaldıb Ötən ay bu limandan 258 ton xam neft ixrac edilib
Energetika
1 Fevral , 2016 14:46
SOCAR Novorossiysk limanından xam neft ixracını azaldıb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 258,007 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 169 507 ton olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Qara dəniz limanına Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərin ümumi uzunluğu 1 330 km-dir və kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi