SOCAR Novorossiysk limanından neft ixracını 36% artırıb

SOCAR Novorossiysk limanından neft ixracını 36% artırıb Avqustda limandan ixrac 50% artıb
Energetika
5 Sentyabr , 2017 17:35
SOCAR Novorossiysk limanından neft ixracını 36% artırıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 988 028 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 254 363 tonu avqust ayında ixrac olunub.

Bu ilin 8 ayında şirkətin Novorossiysk limanından xam neft ixracı ötən ilin müvafiq dövründən 35,6%, avqust ayındakı ixrac isə ötən ilin analoji ayından 50% çoxdur.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi