SOCAR Novorossiysk limanından ixracı 53% artırıb

SOCAR Novorossiysk limanından ixracı 53% artırıb Şirkət bu limandan 733 664 ton xam neft ixrac edib
Energetika
1734
3 İyul , 2017 16:42
SOCAR Novorossiysk limanından ixracı 53% artırıb

Bakı. 3 iyul. REPORT.AZ/Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 733 664 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 159 826 tonu iyun ayının payına düşüb.

İlin I yarısında Novorossiysk limanından ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 53%, iyun ayında bu limandan ixrac isə ötən ilin müvafiq ayından 0,16% çoxdur.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi