Yuxarı
    Bağlamaq

    SOCAR Novorossiysk limanından ixracı 24% artırıb

    Bakı. 5 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 407 299 ton xam neft ixrac edib.

    “Report” xəbər verir ki, bu həcmin 164 619 tonu noyabr ayında ixrac olunub.

    Bu ili yanvar-noyabr aylarında Novorossiysk limanından ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 24%, noyabr ayında ixrac olunan xam neftin həcmi isə ötən ilin noyabr ayından 3,1% çox olub.

    Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi