SOCAR Novorossiysk limanından 978 min ton xam neft ixrac edib

SOCAR Novorossiysk limanından 978 min ton xam neft ixrac edib Oktyabrda limandan 80 min ton neft ixrac olunub
Energetika
1 Noyabr , 2016 17:34
SOCAR Novorossiysk limanından 978 min ton xam neft ixrac edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından (Qara dəniz, Rusiya) 978 240 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici isə ötən ilin müvafiq dövründən 11% azdır.

Bu ilin 10 ayı ərzində bu limandan ixrac olunan xam neftin 80 192 tonu oktyabr ayının payına düşüb.

Qeyd edək ki, SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında bu ilin fevralın sonunda rəsmiləşdirilib.

Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi