Yuxarı
    Bağlamaq

    ​SOCAR Novorossiysk limanından 80 min ton neft ixrac edib

    Yanvar-may ayları ərzində Novorossiysk limanından 319,5 min ton neft nəql olunub

    Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin may ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 79 963 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu həcm ötən ilin may ayından 53% azdır.

    Ümümilikdə, yanvar-may ayları ərzində Novorossiysk limanından 319 499 ton neft nəql olunub ki, bu da ötən ilin müvafiq dövründən 53% azdır.

    SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

    Qeyd edək ki, SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında bu ilin fevral ayının sonunda rəsmiləşdirilib.

    Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi