SOCAR-dan "Report"a bildirilib ki, qiymətləndirilən dövr ərzində ixracın əsas həcmi dizel yanacağının payına düşüb və 712,941 min ton təşkil edib. Bununla yanaşı, aviasiya yanacağının ixracı 138,889 min ton, vakuumlu qazoyl - 358,772 min ton, avtomobil benzini - 9,28 min ton və yanacaq mazutu - 417 ton təşkil edib.
Azərbaycanın 2014-cü ildən avtomobil benzini ixracını dayandırmasına, eləcə də dizel yanacağı və aviasiya yanacağı ixracını azaltmasına baxmayaraq, neft məhsullarının ixracının artması vakuumlu qazoylun ixracına başlanması ilə bağlıdır.
Qeyd edək ki, vakuumlu qazoyl kreninq və hidrokreninq üçün xammal kimi istifadə olunur.
Şirkətdən həmçinin bildirilib ki, sentyabr ayında avtomobil benzininin 1 tonu neft məhsulları bazarında 906,31 ABŞ dolları, dizel yanacağı - 826,08 dollar, 1%-li kükürdlü mazutun 1 tonu 567,01 dollara satılıb.