SOCAR neft hasilatını 1% artırıb

SOCAR neft hasilatını 1% artırıb Azərbaycan Dövlət Neft Şirkəti yanvar-iyul aylarında 4,9 mln. ton neft hasil edib
Energetika
22 Avqust , 2014 11:25
SOCAR neft hasilatını 1% artırıb
Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yanvar-iyul aylarında 4,907 mln. ton neft hasil edib. "Report" bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,1% artıb.

Cari ilin iyul ayında SOCAR-ın neft hasilatı 709,7 min ton təşkil edib.

Qeyd edək ki, 2014-cü ildə şirkət 8,4 mln. ton neft hasil etməyi planlaşdırır.

Ötən il Azərbaycanda neft hasilatının ümumi həcmi 43,48 mln. tona çatıb və bunun 8,314 mln.tonu SOCAR tərəfindən hasil olunub.

Son xəbərlər

Orphus sistemi