SOCAR "Neft Daşları"nda yenidənqurma işləri aparır

SOCAR "Neft Daşları"nda yenidənqurma işləri aparır SOCAR "Neft Daşları" yatağındakı 1 887 saylı stasionar platformasında yenidənqurma işlərinə başlayıb
Energetika
31 Oktyabr , 2014 12:36
SOCAR Neft Daşlarında yenidənqurma işləri aparır
Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Neft Daşları" dəniz yatağındakı 1 887 saylı stasionar platformasında yenidənqurma işlərinə başlayıb.

SOCAR-dan "Report"a bildirilib ki, platformanın yenidən qurulması işləri 4 əlavə istismar quyusunun qazılması məqsədi ilə aparılır. Yenidənqurma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. Bütün işlərin 2014-cü ilin sonuna kimi başa çatdırılacağı gözlənilir.

Qeyd edək ki, "Neft Daşları" yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu hasil oluna bilən ehtiyatlardır.

Son xəbərlər

Orphus sistemi