SOCAR "Neft Daşları"nda ilin sonunadək yeni estakadayanı meydançanı istismara verəcək

SOCAR "Neft Daşları"nda ilin sonunadək yeni estakadayanı meydançanı istismara verəcək SOCAR "Neft Daşları" yatağında 1954A saylı estakadayanı meydançada tikinti işləri aparır
Energetika
7 Noyabr , 2014 07:55
SOCAR Neft Daşlarında ilin sonunadək yeni estakadayanı meydançanı istismara verəcək
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin sonuna qədər "Neft Daşları" yatağında 1954A saylı estakadayanı meydançanı istismara verəcək. SOCAR-dan "Report"a bildirilib ki, həmin meydançada 10 yeni istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Tikinti işlərini "Neftqaztikinti" Tresti həyata keçirir. 

Meydança dənizdə 17 metr dərinlikdə qurulacaq. İstismara verildikdən sonra qazılan quyulardan sutkalıq neft hasilatı 100 ton təşkil edəcək. 

Hazırda hidrotexniki hissənin tikintisi başa çatıb, texnoloji avadanlıq üçün özül və dayaqlar, boruların yığılması üçün meydança, iki enmə və iki yanalma meydançaları və digər obyektlər hazır vəziyyətə gətirilib. 

Həmçinin, daha iki yanalma və bir xidməti meydançaların tikintisi, texnoloji və qazma avadanlığının quraşdırılması, texnoloji boruların çəkilməsi, buruğun quraşdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, "Neft Daşları" yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu hasil oluna bilən ehtiyatlardır.

Son xəbərlər

Orphus sistemi