SOCAR mövsümün sonuna kimi qaz anbarlarına 2,5 milyard kubmetr qazın vurulmasını proqnozlaşdırır

SOCAR mövsümün sonuna kimi qaz anbarlarına 2,5 milyard kubmetr qazın vurulmasını proqnozlaşdırır Proses noyabr ayında başa çatdırılacaq
Energetika
20 May , 2015 17:19
SOCAR mövsümün sonuna kimi qaz anbarlarına 2,5 milyard kubmetr qazın vurulmasını proqnozlaşdırır

Bakı. 20 may. REPORT.AZ/ Hazırda payız-qış mövsümü üçün SOCAR-ın “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. "Report" xəbər verir ki, bu barədə məlumatı SOCAR mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunur ki, proses mövcud qrafikə uyğun olaraq, aprel ayından başlanılıb və cari ilin noyabr ayında başa çatdırılacaq. Cari il mayın 20-nə kimi anbarlara ümumilikdə 338 milyon 754 min kubmetr qaz vurulub ki, bunun da 186 milyon 205 min kubmetri “Qalmaz”, 152 milyon 549 min kubmetri isə “Qaradağ” qaz anbarlarının payına düşüb. Mövsümün sonuna kimi qaz anbarlarına ümumilikdə 2,5 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi