"SOCAR Methanol" və Neft-Kimya Prosesləri İnstitutu anlaşma memorandumu imzalayıb

"SOCAR Methanol" və Neft-Kimya Prosesləri İnstitutu anlaşma memorandumu imzalayıb Sənədə şirkətin baş direktoru Elnur Mustafayev və institutun direktoru Vaqif Abbasov imza atıb
Energetika
2 Avqust , 2017 13:51
SOCAR Methanol və Neft-Kimya Prosesləri İnstitutu anlaşma memorandumu imzalayıb

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi "SOCAR Methanol" MMC ilə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) arasında anlaşma memorandumu imzalanıb. 

Bu barədə "Report"a "SOCAR Methanol"dan bildirilib. 

Məlumata görə, sənədə şirkətin baş direktoru Elnur Mustafayev və institutun direktoru Vaqif Abbasov imza atıb. 

İki qurum arasında elmi-praktiki və istehsal sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün şərait yaradan anlaşma memorandumu bir neçə istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər metanolun tətbiqi sahəsində yeni istehsal imkanlarının müəyyən edilməsi, habelə metanolun istehsalının təkmilləşdirilməsi ilə bağlı elmi-texniki əməkdaşlığın aparılmasını əhatə edir.

Son xəbərlər

Orphus sistemi