“SOCAR Methanol” sığortaçı seçir

“SOCAR Methanol” sığortaçı seçir Şirkət əmlakın bütün risklərdən sığortası üzrə açıq satınalma müsabiqəsi elan edib
Energetika
29 Sentyabr , 2017 16:45
“SOCAR Methanol” sığortaçı seçir

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Methanol” MMC əmlakın bütün risklərdən sığortası üzrə açıq satınalma müsabiqəsi elan edib.

“Report” xəbər verir ki, müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) sənədi ən geci 6 oktyabr 2017-ci il tarixinə qədər qəbul olunur.

Zərflərin açılışı 9 oktyabr 2017-ci il tarixində, saat 11:00-da Bakının Qaradağ rayoununda yerləşən metanol zavodunda baş tutacaq. Əlaqələndirici şəxs zavodun Təchizat şöbəsinin müdiri Cavid Səfərbəylidir. (tel.: (012) 404 41 57 (daxili 444), (050) 251 52 53, [email protected])

Son xəbərlər

Orphus sistemi