“SOCAR Media” jurnalistlər üçün beynəxalq seminar keçirib

“SOCAR Media” jurnalistlər üçün beynəxalq seminar keçirib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində (“SOCAR Tower”) “SOCAR Media”nın təşəbbüsü ilə Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib.
Energetika
11 Mart , 2019 14:29
“SOCAR Media” jurnalistlər üçün beynəxalq seminar keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində (“SOCAR Tower”) “SOCAR Media”nın təşəbbüsü ilə Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar keçirilib.

“Report”un məlumatına görə, seminarda Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, eləcə də SOCAR-ın müxtəlif strukturlarında çalışan mətbuat üzrə mütəxəsislər, ümumilikdə 100-ə yaxın jurnalist iştirak edib.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov seminarın məqsədlərindən danışıb, tanınmış jurnalistlər və beynəlxalq ekspertlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braunu tədbir iştirakçılarına təqdim edib. Sonra iştirakçılara seminarda dinləniləcək məruzələr, müzakirə olunacaq mövzular haqqında məlumat verilib.

Neft-qaz sahəsi və Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış jurnalist C.Qavin “Neft-qaz mövzusunda reportajların hazırlanması” adlı təqdimatında bir sıra məsələlərə toxunub. Bunlar beynəlxalq neft şirkəti nədir və milli neft şirkətlərindən nə ilə fərqlənir, karbohidrogenlərlə bağlı mövzular oxuculara aydın və qısa şəkildə necə izah edilə bilər, neft şirkətlərindən nə soruşmalısınız, reportaj və analitik yazınızın real vəziyyəti düzgün əks etdirdiyinə necə əmin ola bilərsiniz, neft və qaz sahəsinin icraçıları, o cümlədən PR ilə məşğul olan şəxslərlə əlaqələri necə inkişaf etdirməli və s. mövzularıdır.

İqtisadi-siyasi mövzularda işləyən jurnalist S.O’Donnell yalan xəbərlərlə mübarizədə medianın rolu və geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması mövzularından bəhs edən çıxışında reportajlara inam, onu olduğundan daha yaxşı etmək hissinə müqavimət, adamlara cavab hüququnu vermək, xüsusi mövzuları sadə şəkildə ictimailəşdirmək kimi suallara cavab axtarıb.

Son 8 ildə “Social360”-da təbii ehtiyatlar, maliyyə xidmətləri və dövlət sektorları çərçivəsində kompleks onlayn media monitorinq proqramlarına rəhbərlik etmiş C.Braun ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması mövzusunda, “M&S plc”də maliyyə və korporativ PR üzrə direktor vəzifəsini icra etmiş L.Dor isə şirkətlər ilə müsbət əlaqələr yaratmağın və neqativ əlaqələrdən yayınmağın yolları haqqında çıxışlar ediblər.

Hər bir seminarın sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Svenya O’Donnell qəzet və televiziya jurnalistidir, 15 il beynəlxalq, iqtisadi və siyasi mövzularda işləyib. 2017-ci ildə “Bloomberg” in baş siyasi reportyoru olub. Brexit haqqında reportajlara görə Vaşinqtonda yerləşən Milli Press Klubun “Breaking News” mükafatını almış komandanın üzvüdür. “Bloomberg”in Moskva müxbiri olub, “Financial Times” üçün Sudandan reportajlar hazırlayıb.

Ceyms Gevin energetika mövzusunda zəngin təcrübəyə malik jurnalistdir. 20 ilə yaxın bir müddətdə neft-qaz bazarı haqqında reportajlar hazrılayıb. Əməkdaşlıq etdiyi nəşrlər arasında “Petroleum Economist”, “Interfax Energy”, “Middle East Economic Digest” və “Economist Intelligence Unit” də var. Yaxın Şərqə və karbohidrogen ehtiyatları olan digər ölkələrə müntəzəm səfərlər edən C. Gevin həm də neft-qaz sahəsində kommunikasiya strategiyaları üzrə məsləhətlçi kimi tanınır.

Caylz Braun “United Business Media” qrupu üçün işləyib, texnologiya, media və kommunikasiya sektorları üzrə fəaliyyət göstərib. “BP Deepwater Horizon”, “Grenfell Tower Fire” və “Sky Fox Comcast” kimi layihələri ilə tanınır.

Lourens Dor karyerasına “British Steel Pension Fund” da investisiya təhlilçisi kimi başlayıb, sonra “CitigateDeweRogerson” və “Brunswick” də daxil olmaqla müxtəlif firmalarda investorlar arasında əlaqə və maliyyə kommunikasiyaları sahəsində fəaliyyət göstərib. 2000-ci ildə “Mantra PR” ı təsis edib. Qrup 2007-ci ildə “Loewy”yə satılıb. O, daha sonra “M&S plc” də maliyyə və korporativ PR üzrə direktor vəzifəsin icra edib. Lourens məhkəmə prosesləri, risk hazırlığı, böhran idarəçiliyi və reputasiya idarəçiliyi üzrə tanınmış məsləhətçilərdən biridir.

Son xəbərlər

Orphus sistemi