SOCAR martda Novorossiysk limanından 80 min ton neft ixrac edib

SOCAR martda Novorossiysk limanından 80 min ton neft ixrac edib Ötən ay Azərbaycan şimal marşrutu ilə 79,7 min ton xam neft ixrac edib
Energetika
1 Aprel , 2016 17:27
SOCAR martda Novorossiysk limanından 80 min ton neft ixrac edib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin mart ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 79 678 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin mart ayından 53% az olub.

Ümumilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından ixrac olunan xam neftin həcmi 79 936 ton təşkil edib.

Qeyd edək ki, SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında 2016-cı ilin fevral ayının sonunda rəsmiləşdirilib.

Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Qara dənizin Novorossiysk limanına Rusiya ərazisindən keçməklə nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi