SOCAR martda Ceyhan limanından neft ixracını 34% artırıb

SOCAR martda Ceyhan limanından neft ixracını 34% artırıb Yanvar-mart aylarında isə bu limandan neft ixracı 2% artıb
Energetika
1 Aprel , 2016 17:42
SOCAR martda Ceyhan limanından neft ixracını 34% artırıb

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin mart ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 644 415 ton xam neft ixrac edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin mart ayından 34% artıqdır.

Ümümilikdə yanvar-mart ayları ərzində Ceyhan limanından 4 628 741 ton xam neft ixrac olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,6% çoxdur.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi