“SOCAR Marine” ilk dəfə kükürdsüz LNG təchizatı həyata keçirib

“SOCAR Marine” ilk dəfə kükürdsüz LNG təchizatı həyata keçirib Şirkət Türkiyə dəniz yanacaqları bazarını dünya səviyyəsində qabaqcıl mövqeyə çatdırmağı planlaşdırır
Energetika
28 Fevral , 2017 11:16
“SOCAR Marine” ilk dəfə kükürdsüz LNG təchizatı həyata keçirib

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz yanacaqları sektorunda fəaliyyət göstərən törəməsi “SOCAR Marine” Türkiyənin Tuzla Sədəf Tərsanəsi ərazisində yeni inşa edilmiş maşın daşıyıcı gəmini (RORO) ilk dəfə sıfır kükürd səviyyəsinə malik mayeləşdirilmiş təbii qazla (LNG) təchiz edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, şirkət LNG məhsulunu dəniz yanacağı olaraq satışa təqdim etmək üçün infrastrukturunu hazır vəziyyətə gətirib.

“SOCAR Marine” Türkiyənin dəniz yanacaqları bazarını inkişaf etdirərək bu sahədə bölgəni dünya səviyyəsində qabaqcıl mövqeyə çatdırmağı planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi